GündəmXəbərlər

Tikilməkdə olan evlərdən oğurluq edən şəxslər saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən olunaraq saxlanılıblar. Onların rayon ərazisində daha iki yarımtikilidən də oğurluq etdikləri müəyyən olunub.Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button