Cəmiyyət

Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ – VİDEO

Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma yarana bilər ki, bu da bəzi hallarda avtomobillərin yanmasına səbəb olur.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət elektrikli avtomobillərdən gedir. Elektrik avtomobillərinin əsas hissəsi sayılan batareyaların istehsal olunduğu ölkələr və qiymətləri sürücülər üçün hər zaman maraqlı olub.

Avtomobil ustalarının sözlərinə görə, bu batareyalar əsasən Çindən və Tayvandan gətirilir.

Bəs həmin batareyaların keyfiyyəti hansı səviyyədədir?

Ustalar bildirirlər ki, batareyaların tez sıradan çıxmasının əsas səbəblərindən biri onların düzgün istifadə edilməməsidir. Xüsusilə, elektrik enerjisi ilə doldurma qaydalarına əməl olunmaması batareyanın istismar müddətini azaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button