
Əslən Dərələyəz mahalından olan, elinə-obasına bağlılığı, dövlətə sədaqəti ilə seçilən El-oğlumuz Müstəqim Məmmədovun bu gün doğum günüdür.Bu əlamətdar gün münasibətilə hazırda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində uğurla fəaliyyət göstərən Müstəqim müəllimi səmimi-qəlbdən təbrik edirik.Müstəqim Məmmədov rəhbərlik etdiyi müddətdə Tərtər rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı ilə seçilmiş, dövlət-vətəndaş münasibətlərində operativ və humanist idarəçilik nümunəsi ortaya qoymuşdur. Onun fəaliyyəti hər zaman Prezident İlham Əliyevin müəyyən etdiyi dövlətçilik kursuna sədaqət, xalqın mənafeyinə xidmət prinsiplərinə əsaslanır.Dərələyəz kimi qədim və milli dəyərlərlə zəngin bir mahalın yetirməsi olan Müstəqim müəllim bu dəyərləri bu gün də öz xarakterində və fəaliyyətində yaşadır sadəlik, məsuliyyət, prinsipiallıq və xalqa yaxınlıq onun əsas keyfiyyətlərindəndir.Bu xoş gün münasibətilə Müstəqim Məmmədova möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, məsul dövlət fəaliyyətində yeni-yeni uğurlar, Tərtər rayonunun inkişafı naminə gördüyü işlərdə daim müvəffəqiyyətlər arzulayırıq.Doğum gününüz mübarək olsun, Müstəqim müəllim!
Hörmətlə, Vaqif Məhəmməd Oğlu.