Xəbərlər
Deputat Pərvanə Vəliyeva şəhid Polkovnik Emil Nəzirovun ailəsini ziyarət etdi.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyeva 2021-ci il 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olmuş Polkovnik-pilot Emil Nəzirovun ailəsini ziyarət edib.
Deputat şəhidimizin ailəsi ilə görüşərək onların qayğı və müraciətləri ilə maraqlanıb, dövlətin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


