Gündəm

Bu gün rayonumuzun hörmətli ziyalısı, uzun illər Bərdə rayon Statistika İdarəsində müdür işləmiş Əlövsət Məmmədovun doğum günüdür.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Əlövsət Məmmədov fəaliyyəti dövründə yüksək peşəkarlığı, səmimi və məsuliyyətli yanaşması ilə tanınıb. Onun rəhbərliyi altında idarədə hesabatlılıq, dəqiqlik və məqsədyönlü yanaşma prinsipləri güclənib və işlərin düzgün təşkilinə böyük töhfə verib. Əlövsət müəllim yalnız idarə rəhbəri kimi deyil, həm də insanlara hörmətlə yanaşan, təcrübəsi ilə ətrafdakılara örnək olan ziyalı kimi tanınıb. Onun sadəliyi, dürüstlüyü və açıq danışığı el içində hörmət qazanmasına səbəb olub. Hal-hazırda Statistika İdarəsində çalışmasa da, uzun illər ərzində gördüyü işlər Bərdədə hələ də yüksək qiymətləndirilir və nümunə olaraq xatırlanır.Əlövsət müəllim, doğum gününüz mübarək!Bu xoş gündə sizə sağlamlıq, uzun ömür və ailənizlə birlikdə xoşbəxt, dinc günlər arzulayırıq. Hər anınız sevgi və rahatlıqla dolu olsun, siz həmişə hörmətlə xatırlanırsınız!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button