Cəmiyyət

Bərdə rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Təşkilatının və Bərdə Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı günü ilə əlaqədar 13.06.2024-cü ildə tədbir keçirilib.

Tədbir zamanı Dövlət Himni səslənib və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xəstəxana rəhbərliyi tərəfindən dəvət olunmuş Bərdə Rayon İcra Hakimiyyətinin, Bərdə Rayon Polis şöbəsinin, Bərdə Rayon Dövlət Təhlükəsizlik Xidmətinin, Bərdə Rayon 2 saylı Musiqi məktəbinin, Bərdə Rayon Ağsaqqallar şurasının, Bərdə Rayon Gənclər İdman idarəsinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Tədbirdə bir neçə şöbə ötən 1 il ərzində göstərdikləri fəaliyyətə görə müxtəlif naminasiyada sertifikatla təltif olunub. Tədbir 2 hissə (rəsmi və bədii) olmaqla 5 saat davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button