Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə 44 günlük Vətən müharibəsi şəhidi Devran Fazil oglu Nayıbovun mövludu mərasimi keçirilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbin məzunu Nayıbov Devran Fazil oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qarabağ Regional Təhsil İdarəsi Bərdə Rayon Təhsil Sektorunun müdiri Qurban Məmmədov, Bərdə Şəhidlərinin ailə üzvləri,müəllimlər və şagirdlər iştirak etdilər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edən Qurban Məmmədov , 44 günlük Vətən Müharibəsindən, Nayıbov Devran, Ədilov Səid kimi neçə-neçə oğullarımızın qanı, canı bahasına torpaqlarımız mənfur düşməndən azad edilməsindən danışdı. Şəhidlərin adlarını daim yaşatmaq, onların xatirəsini əziz tutmaq ən müqəddəs amalımızdır. Bu amalla yaşayan şagirdlərimiz tədbirdə çıxışlar etdilər, şeirlər söylədilər. Şəhid valideynləri gənc nəsilin vətənpərvərlik ruhunun aşılanmasında, tərbiyə olunmasında göstərdiyi xidmətə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdi. Tədbirdə çıxış edən şəhid anası Xuraman Nayıbova dövlət başçısı İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya şəhid ailələrinə, qazilərə, əsgərlərə göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
#EduAz #MÜTDA #QarabağRTİ






