Bu tarixi unutmayaq 23 dekabr – Qərbi Azərbaycanlıların 1949-cü ildə dədə-baba yurdlarından deportasiyası günüdür. Bu tarixi unutmayaq!

Babam Müslüm kişi Dərələyəzin Horbadıq kəndindəndir.Zorla tarixi-etnik torpaqlarından deportasiya edilib. 1949-cu ilin oktyabr deportasiya edilərkən bu köç bileti Babama verilib. O ildən bu günə kimi biz bunu saxlayırıq. Rəhmətlik Babama çox sual verirdim evinizin yaxınlığında nə var idi, yola yaxın idiniz babam hər səfərində kövrəlib deyirdi evimizin yaxınlığında Gümüş bulaq var idi Babamın Atasının məzarı Horbadıq kəndindədir.Babamın qardaşı Həsən Həsənovu o dövrdə 1948-ci ildə Ermənilər tərəfindən öldürülüb.Babam Müslüm kişi və ailəsini Şərura deportasiya edilib, ordan da SSRİ höküməti tərəfindən Salyan rayonuna yerləşdiriliblər. Bir müddət Səlyan rayonda qaldıqdan sonra ora çox isti olduğundan 1951-ci ildən Bərdə rayonuna köçüblər.O ildən bu günə kimi Bərdə rayonunda yaşayıblar.
Babam Dərələyiz Dərələyiz deyə deyə 31.05.2011-ci ildə haqq dünyasına qovuşdu.
İnşallah Dədə Baba Yurdumuzu Erməni tapdağından azad edəcəyik!



Vaqif Mehemmed Oglu