Cəmiyyət

Bərdədə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi.

29.07.2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin tabeliyində olan 1 nömrəli şəhər kitabxana filialı, 3 nömrəli şəhər kitabxana filialı və 4 nömrəli şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə Səməd Vurğun adına Mərkəzi kitabxanasının uşaq şöbəsinin akt zalında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, insan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə əhalinin məlumatlandırılması məqsədilə “İnsan alverinə qarşı birgə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Nəbi Məmmədov, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Kəmalə Rəfibəyli, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Seymur Zeynalov, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri, Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon ziyalıları və kitabxananın oxucuları iştirak edirdi.İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Bərdə rayon MKS-nin direktoru Səriyyə Kərimova qonaqları salamlayaraq ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı.
Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Nəbi Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nı haqqında danışaraq. Milli Fəaliyyət Planında insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirlərinin də mühüm yer tutduğunu vurğulayıb. Nəbi Məmmədov insan alveri probleminin mahiyyəti, insan alverinin formaları, insan alveri qurbanlarının müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və dəstək, “152 – Qaynar xətt” xitməti, insan alverindən zərərçəkənlərin müəyyən edilməsi və onların istiqamətləndirilməsi qaydaları haqqında geniş məlumat verib.Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Seymur Zeynalov qeyd etdi ki, “İnsan alveri” istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür. Həmçinin bildirdi ki, yaşından və cinsindən asılı olmayaraq hər bir şəxs insan alverçilərinin qurbanı ola bilər. İnsan alverinin qurbanı olmamaq üçün, nələrə diqqət etməyin vacibliyini vurğuladı.Tarix-Diyarşünaslıq muzeyinin direktoru Kəmalə Rəfibəyli söz alaraq qeyd edib ki, hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir.1nömrəli şəhər kitabxana filialının müdiri Mənsurə Vəliyeva öz çıxışında insan alveri cinayətlərinin onlayn törədilməsi, cinayətkarların öz qurbanlarını sosial şəbəkə üzərindən cəlb etməsi, cinayətlərin informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi məsələsinə toxunub Diskussiya formatında davam edən tədbirdə iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, ekspertlər isə praktiki tövsiyələr veriblər. Tədbir, həmçinin regionda insan alverinə qarşı ictimai həssaslığın artırılması baxımından mühüm bir addım kimi qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button