Xəbərlər
Tərtərdə narkotikin satışını təşkil edən şəxsi polis saxladı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Həsənzadə saxlanılıb. E.Həsənzadənin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Onun yaşadığı ünvandan satış məqsədi ilə qablaşdırdığı marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Həsənzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.