İdman

Azərbaycanda görünməmiş hadisə – Bir rayonda 4-cü klub yaradıldı

Azərbaycan futbolunda nadir hadisə baş verib.

Eyni rayonda dördüncü futbol klubu fəaliyyətə başlayıb.

Söhbət İmişlidən gedir. Burada «Araz» adlı yeni komanda formalaşdırılıb.

Sözügedən kollektiv ilk addımlarını Region Liqasında atacaq. AFFA tərəfindən qeydiyyata alınan «Araz» qarşıdakı mövsümün iştirakçıları arasında yer alıb.

İmişli buna qədər I və II Liqada təmsil olunub. Rayonun eyniadlı komandası I Liqada çıxış edirsə, «Kür-Araz» II Liqada qüvvəsini sınayır.

«Araz» və «Lokomotiv» Region Liqasında adından söz etdirməyə çalışacaq. (sportinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button