Xəbərlər

Azərbaycanda ət UCUZLAŞIR? – VİDEO

Bölgələrdə ət fərqli qiymətlərə təklif edilir. Bir rayonda ətin qiymətində cüzi artım, digərində enmə müşahidə edilir.

İsmayıllıda bayramdan sonra ətin qiymətində nisbətən artım var.

Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, qiymət yenidən cüzi artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.

Şəkidə isə əksinə, son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arasında dəyişir.

Alıcılar ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.

https://youtube.com/watch?v=a2wgimLpToQ%3Fsi%3DrCMUccaaiSt36e87

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button