Cəmiyyət

Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk olaraq məktəbin direktoru Sevinc Məmmədova tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, tədbiri açıq elan edib. Burada şagirdlər müxtəlif rəqslər ifa edib, müxtəlif şeirlər söyləyiblər.Tədbiri Qar qız və Şaxta baba öz çıxışları ilə bəzəmiş, fərqlənən şagirdlərə hədiyyələr vermişlər.

QarabağRegionalTəhsilİdarəsi

Yeniil

HəmrəylikGünü

EminAmrullayev

EduAz #QarabağRTİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button