Cəmiyyət

Ağdam şəhərində ilk bayram tonqalı qalanıb

Ağdam şəhərində Su çərşənbəsi münasibətilə ilk bayram tonqalı qalanıb.

“İki sahil” xəbər verir ki, tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhvali-ruhiyyəsini bölüşüblər. Uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini arxada qoyublar.

Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb. Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button