Cəmiyyət

Tonlarla meyvənin satıldığı sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı

Baku TV Lənkəranda sitrus meyvələrinin satıldığı xüsusi bazardan reportaj hazırlayıb.

Bazarda yalnız sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçirilir.

Əvvəllər qapı-qapı gəzib meyvə alan alıcıların sözlərinə görə, indi işləri xeyli asanlaşıb.

“Qiymətlər keçən ilə baxanda çox münasibdir. Əvvəllər bir az baha idi, bu il eniş var”, – Tovuzdan gələn alıcı deyib.

Gün ərzində ən azı 40 ton mandarin, 20-30 ton feyxoa satdığını söyləyən satıcı Rahid Tağıyevin sözlərinə görə, subtropik meyvələrin satışı sentyabrda başlayır, mart ayına kimi davam edir:

“İstər Türkiyədən, istərsə də İrandan gələn məhsul olsun, bunun dadını vermir. Allah elə bil ki, subtropik meyvələri bizim zona üçün yaradıb”.(oxu.az)

Daha ətraflı videomaterialda:

https://youtube.com/watch?v=uSeOESZBcfI%3Frel%3D0%26wmode%3Dtransparent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button