İqtisadiyyat

Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”

“Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

“Biz müəssisələrimizi daha sıx çalışmağa sövq etməyə cəhd göstəririk. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) keçən il Bolqarıstanda rəsmi olaraq təmsil olunmağa başlayıb. Azərbaycan enerji məhsullarını, əsasən, təbii qazını Bolqarıstana ixrac etməyə davam edir. Eyni zamanda, Bolqarıstandan olan qonaqlarımız Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerji layihəsinə maraq göstərirlər”, – M.Cabbarov bildirib.

O qeyd edib ki, Bolqarıstanla əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button