GündəmXəbərlər

Rayon rəhbəri şəhid Arif Muxtarovun anasının yas mərasimində iştrak edib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki,Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynovla birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Muxtarov Arif Aqil oğlunun anası Muxtarova Sənubər Zeynal qızının yas mərasimində iştrak edib. O, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.Qeyd edək ki, Muxtarov Arif Aqil oğlu 1973-cü il iyul ayının 20-də Tərtər şəhərində anadan olmuşdur. 1990-cı ildə şəhər 5 nömrəli orta məktəbin 10-cu sinfini bitirmişdir. Sonra həmin məktəbdə texniki işçi işləmişdir. 1992-ci ildə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə getmişdir. Xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızı erməni işğalçılarından təmizləmək üçün Ağdərə bölgəsinə getmişdir. Bu bölgədə ayrı-ayrı yaşayış məntəqələrinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il sentyabr ayının 29-da Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button