GündəmXəbərlər

Rayon rəhbəri şəhid Elman Mehdiyevin ailəsini ziyarət edib

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Təzəkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Mehdiyev Elman Nəriman oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, Mehdiyev Elman Nəriman oğlu 1954-cü il dekabr ayının 10-da Tərtər şəhərində anadan olub. Şəhər 2 nömrəli orta məktəbini bitirib. 1974-cü ilin may ayından 1976-cı il may ayınadək keçmiş Sovet Ordusu sıralarında xidmətdə olub. Döyüşə getməmişdən əvvəl Geoloji Kəşfiyyat İdarəsində sürücü işləyirdi. Ermənilərin dədə-baba torpaqlarımızda törətdikləri vəhşiliklər onun intiqam hissini alovlandırıb və döyüşə getmək arzusu ilə 15 aprel 1992-ci il tarixində Tərtərdə yerləşən “Gəncə özünümüdafiə batalyonu”na daxil olub. Bu batalyonun tərkibində xidmət etdiyi müddətdə Ağdərə bölgəsində ermənilərə qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il iyun ayının 19-da keçmiş Ağdərə rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Kəngərli kənd qəbiristanlığında dəfn edilib.Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button