
MÖVQE: Bu gün Naxçıvana edilən hücum sadəcə bir əraziyə deyil, Azərbaycanın suverenliyinə edilən hücumdur.Tarix göstərib ki, bu xalq təzyiq qarşısında geri çəkilən xalq deyil.Amma unudulan bir şey var: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil.Bu torpağın arxasında bir millət, bir dövlət və bir iradə dayanır.Azərbaycan dəfələrlə göstərib ki, sülh və sabitlik tərəfdarıdır. Amma bu, heç vaxt o demək deyil ki, ölkəmiz öz təhlükəsizliyinə qarşı edilən addımlara səssiz qalacaq. Hesab edirəm ki, Azərbaycan gənci yaranan bütün situasiyalarda dövlətin, xalqın və ordunun yanında olmağı özünə borc bilməli, Azərbaycanın bir daha 90-cı illərin əvvəllərini yaşamaması üçün çalışmalıdır. Gün gələcək Azərbaycan Şimalda, Cənubda, Qərbdə və Xəzər dənizində haqqı olanı alacaq!Ceyhun Əliyev Ana Vətən Partiyası Cəbrayıl rayon təşkilatı sədri