GündəmXəbərlər

Bərdə Bələdiyyəsi Türkmən kəndində məktəb yolunu hamarladı – sakinlərin müraciəti operativ şəkildə təmin olundu

Bərdə bələdiyyəsi tərəfindən Türkmən kəndində sakinlərin müraciəti əsasında kənddaxili yolun, xüsusilə məktəb istiqamətində olan hissəsinin hamarlanması işləri həyata keçirilib.Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alan bələdiyyə tərəfindən əraziyə xüsusi texnika cəlb olunaraq yol qreyder vasitəsilə düzəldilib və hərəkət üçün daha əlverişli vəziyyətə gətirilib. Görülən işlər nəticəsində məktəblilərin və kənd sakinlərinin gediş-gəlişi xeyli asanlaşıb.Qeyd edək ki, xüsusilə yağışlı havalarda çətin keçilən bu yol artıq daha rahat və təhlükəsiz istifadə edilə biləcək vəziyyətə gətirilib. Sakinlər göstərilən diqqət və operativ reaksiya üçün təşəkkürlərini bildiriblər.Bərdə bələdiyyəsi tərəfindən kəndlərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində işlərin mərhələli şəkildə davam etdiriləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button