GündəmXəbərlər

“Mahirə Hüseynovanın Qərbi Azərbaycan haqqında yeni kitabı nəşr edildi”

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz mahalı Keşişkənd rayon icmasının sədri, professor Mahirə Hüseynovanın Qərbi Azərbaycan mövzusunda üçüncü kitabı nəşr edilib.

“Qərbi Azərbaycan: danışan izlərin işığında” adlı kitabın elmi redaktoru Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, millət vəkili Əziz Ələkbərli, rəyçiləri isə millət vəkilləri Məlahət İbrahimqızı və Hikmət Babaoğludur.

Kitabda müəllifin Qərbi Azərbaycanla bağlı aparmış olduğu elmi araşdırmalar, konfrans və simpoziumlardakı çıxış və məruzələri, televiziya proqramlarında dövlət xadimləri və tanınmış alimlərlə apardığı müzakirələr yer alıb. Həmçinin əsərdə müəllifin bədii yaradıcılığı – hekayə və şeir nümunələri də təqdim olunur.

Müəllifin digər əsərləri kimi, “Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabı da geniş oxucu kütləsi üçün nəzərdə tutulub və Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına əhəmiyyətli töhfə sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button