
8 yanvar 2026-cı il tarixində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda 44 günlük Vətən müharibəsinin qəhrəman oğullarından biri, Bərdə şəhidi Fəxri Elmir oğlu Qəribzadənin anadan olmasının ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı açıq elan etmiş, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Anım mərasimində İctimai Birliyin üzvləri, şəhid ailələri, qazilər, ziyalılar, müxtəlif QHT nümayəndələri və şəhidin doğmaları iştirak etmişlər.Tədbirdə çıxış edənlər şəhidlərimizə və onların ailələrinə dərin hörmət və ehtiramlarını bildirmiş, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın şərəfli həyat yolundan söz açmış, duyğulu anlar yaşanmışdır.Sonda şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım bu cür mənalı və unudulmaz tədbirin təşkilinə görə təşəbbüs göstərənlərə öz dərin təşəkkürünü və minnətdarlığını ifadə etmişdir.Cənnətdə dəyişməz mövludun mübarək olsun, şəhidim!Şəhidlərimizi daim yad edək ki, onların müqəddəs xatirəsi heç vaxt unudulmasın.
Hörmətlə, Terlan Musayeva









