GündəmXəbərlər

Sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-70, gündüz 50-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button