GündəmXəbərlər

Bərdədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram şənliyi keçirilib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Heydər Əliyev adına park-bulvarda bayram tədbiri təşkil olunub. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev iştirakçıları salamlayaraq onların simasında bütün Bərdə sakinlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. O bildirib ki, bu əlamətdar tarix Azərbaycan xalqının harada yaşamasından asılı olmayaraq eyni dəyərlər ətrafında birləşdiyini nümayiş etdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli kimliyimizin qorunması, birgə həmrəylik ruhunun gücləndirilməsi və dövlətçilik ənənələrinin yaşadılması baxımından xüsusi önəm daşıyır.Rayon rəhbəri qeyd edib ki, Azərbaycan bu gün güclü dövlət kimi beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirir və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətənlə bağlarının möhkəmlənməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Vurğulanıb ki, dünya azərbaycanlılarının birliyinə xidmət edən bu mühüm ideya Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılıb və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilir.Sonra Bərdə rayon Mədəniyyət Mərkəzinin “Qarabağ” xalq çalğı alətləri ansamblının üzvləri, rayonun incəsənət adamları, bədii özfəaliyyət dərnəkləri, uşaq musiqi məktəblərinin kollektivləri öz proqramları ilə çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button