GündəmXəbərlər

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin nəzdində yaradılmış Zəfər Yurdu Ansamblı ilk görüşünü keçirdi.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, 29 dekabr 2025-ci il tarixində “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin nəzdində yaradılmış Zəfər Yurdu Ansamblı ilk görüşünü keçirdi. Görüşdə ansamblın gənc ifaçıları iştirak etdi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti, bu gün Azərbaycan incəsənətinin dünya miqyasında tanınmasına şərait yaradır. Prezidentin xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda mədəni həyatın bərpası ilə bağlı imzaladığı sərəncamlar, yeni konsert salonlarının, musiqi məktəblərinin, mədəniyyət ocaqlarının tikintisi bu sahəyə verilən diqqətin bariz nümunəsidir. Cənab Prezident dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqı öz zəngin mədəniyyətini qoruyaraq onu dünya miqyasında təbliğ etməlidir.Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu da xüsusi qeyd edilməlidir. Onun təşəbbüsü və rəhbərliyi ilə milli musiqimizin, muğamın, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi, müxtəlif beynəlxalq festivalların təşkili, uşaq musiqi məktəblərinin bərpası, milli-mənəvi dəyərlərin qorunmasına yönəlik saysız layihələr bu sahədə böyük xidmətlərdir.Zəfər Yurdu Ansamblı da bu mədəniyyət siyasətinə uyğun olaraq, milli musiqimizi və incəsənətimizi həm ölkə daxilində, həm də xaricdə təbliğ etməyi qarşısına məqsəd qoyur. Ansamblın üzvləri 2026-cı ildə bir sıra mədəni tədbirlərlə çıxış etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzurdan olan musiqi nümunələrinin repertuarda önəmli yer tutacağı vurğulanıb.İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova qeyd edib ki, ansambl gələcəkdə regionlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə xeyriyyə və mədəni tədbirlər təşkil edəcək, gənc istedadlara dəstək verəcək və Azərbaycanın zəngin musiqi irsini yaşadacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button