
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirlər keçirilib. Məktəbin illik fəaliyyət planına uyğun olaraq təşkil edilən bu tədbirlər çərçivəsində bütün siniflərdə şagirdlərin hazırladıqları rəngarəng proqramlar nümayiş olunub. Tədbirlər zamanı şagirdlər milli həmrəyliyimizi tərənnüm edən vətənpərvərlik ruhunda şeirlər səsləndirib, Yeni ilin gəlişinə həsr olunmuş mahnılar oxuyub və maraqlı səhnəciklər təqdim ediblər. Sinif otaqları bayram atributları və şagirdlərin əl işləri olan divar qəzetləri ilə bəzədilərək xüsusi bayram əhval-ruhiyyəsi yaradılıb. Məktəb rəhbərliyi tədbirlərdə iştirak edərək şagirdləri və müəllim kollektivini hər iki bayram münasibətilə səmimi qəlbdən təbrik edib. Çıxışlarda xalqımızın birliyinin önəmi vurğulanıb, gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasının əhəmiyyəti qeyd edilib. Rəhbərlik şagirdlərə yeni təqvim ilində dərslərində daha böyük uğurlar, yüksək nailiyyətlər və cansağlığı arzulayıb.
#EduAz #MÜTDA #QarabağRTİ













