
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, bu gün Xətai rayonunun 59 nömrəli məktəbində, 35 saylı Xətai üçüncü seçki dairəsində yaşayan sakinlər üçün səyyar vətəndaş qəbulu təşkil edilib. Qəbul Millət vəkili Pərvanə Vəliyeva tərəfindən həyata keçirilib.Qəbula müxtəlif həssas kateqoriyalardan olan vətəndaşlar – şəhid ailələrinin üzvləri, qazilər, təqaüdçülər, ahıllar, sağlamlıq imkanları məhdud şəxslər və digər sakinlər müraciət ediblər. Vətəndaşların qaldırdıqları məsələlər diqqətlə dinlənilib, müraciət və ərizələr qəbul olunub.Kəlama alınan problemlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli məqsədilə millət vəkili tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət ediləcək.Bildirilib ki, növbəti vətəndaş qəbulu 25 dekabr tarixində baş tutacaq. Qəbula yazılmaq istəyən şəxslər +99455 811 33 30 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
#vətəndaşqəbulu #Xətai #MilliMəclis




