Tərtərdə suvarma sistemlərinin bərpası kənd təsərrüfatının inkişafına töhfə

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2025-ci ilin əsaslı təmir-bərpa planına uyğun olaraq bölgədə mühüm layihələri uğurla həyata keçirməkdə davam edir. İdarə tərəfindən Tərtər rayonu Qazyan kəndində yerləşən 09/272 reper nömrəli subartezian quyusunda əsaslı təmir-bərpa işləri həyata keçirilib. Bu işlər nəticəsində kəndin su təminatında sabitlik yaradılaraq əkin sahələrinin suvarılması üçün daha əlverişli şərait formalaşdırılıb.
Eyni zamanda, Tərtər rayonu Qaraağacı kəndində suvarma arxlarının təmizlənməsi işi də həyata keçirilib. Bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, torpaq sahələrinin daha səmərəli istifadə olunmasına və kənd sakinlərinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.
Görülən bütün bu işlər, dövlətimizin aqrar sahəyə və kənd infrastrukturunun gücləndirilməsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Əldə olunan nailiyyətlər Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin səmərəli fəaliyyətinin, peşəkar yanaşmasının və planlı idarəçiliyinin nəticəsidir.
Xüsusilə vurğulamaq lazımdır ki, idarənin müdiri Murad Zeynalov təyinat aldığı gündən etibarən bölgədə meliorasiya və su təsərrüfatı sahəsində mühüm işlərə imza atır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Tərtərin kənd təsərrüfatı potensialının güclənməsinə, kəndlərdə su təminatının yaxşılaşdırılmasına və ümumilikdə rayonun sosial-iqtisadi inkişafına xidmət edir.
Peşəkarlığı, vətənpərvərliyi və işinə məsuliyyətli yanaşması ilə seçilən Murad Zeynalov Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsini bölgədə nümunəvi quruma çevirib. Onun rəhbərliyi altında həyata keçirilən hər bir layihə xalqın rifahı, kəndlərin inkişafı və ölkəmizin aqrar sahəsinin davamlı yüksəlişi naminə atılmış əhəmiyyətli addımdır.





