Siyasət

Ceyhun Bayramovdan Orta Dəhlizin yeni istiqaməti barədə AÇIQLAMA

Vaşinqton sammiti nəticəsində razılaşdırılmış TRIPP layihəsinin 42 kilometrlik məsafəsinin tamamlanması istiqamətində müzakirələr gündəmdədir.

Musavat.com xəbər verir ki, bu fikirləri bugünkü brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir diqqətə çatdırıb ki, bu, Orta Dəhlizin yeni istiqaməti ola bilər:

“Nəticədə 15 milyon ton yükün çatdırılması üçün yeni marşrut işə salına bilər. Bu isə Avropa İttifaqı ölkələri, region dövlətləri, o cümlədən Asiya ölkələri üçün yeni imkanlar vəd edir”.

Nazir əlavə edib ki, Prezident İlham Əliyev Qazaxıstan səfəri zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib:

“Bu açıqlama Vaşinqtonda əldə olunan razılaşmanın müsbət tərəflərindən biridir. Bu, eyni zamanda Ermənistan üçün də razılaşmanın ilkin müsbət tərəfidir. Bu, həmçinin bölgə ölkələri üçün faydalıdır, o cümlədən Ermənistan üçün. Bu baxımdan layihənin prioritet olması üçün müsbət inkişafları görə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button