İdman

Azərbaycanda qadın futbolçu rəqibini yumruqladı – VİDEO

AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən “Neftçi” – “Liman” oyunu qalmaqalla yadda qalıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində “Neftçi”nin və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib.

Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.

Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

https://newstube.az/embed/187929

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button