Gündəm
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli “Bilik Günü” münasibətilə təbrik ünvanladı.

Hörmətli müəllimlər, şagirdlər və valideynlər!
15 sentyabr “Bilik Günü” yeni tədris ilinin ilk dərs günüdür. Bu münasibətlə hər birinizi təbrik edir, uğurlar arzulayıram.
2025–2026-cı tədris ili xüsusi əhəmiyyət kəsb edir. Çünki artıq işğaldan azad edilmiş bir sıra yaşayış məntəqələrində yeni təhsil müəssisələri fəaliyyətə başlayır və şagirdlər doğma yurdlarında təhsil almaq imkanı qazanırlar.
Qarabağ Regional Təhsil İdarəsi üzrə ümumilikdə 7473 nəfər şagird, işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində isə 228 nəfər şagird 1-ci sinifdə tədris alacaq.
Qarabağ bölgəsinin bütün təhsil müəssisələrində yüksək nailiyyətlərlə yadda qalacaq bir tədris ili olmasını arzu edirəm.
