Cəmiyyət

Mərhum Generalımız El-oğlumuz Rasim Musayevin bu gün anım günüdür.

Bu gün Azərbaycanın görkəmli polis generalı, mərhum Rasim Musayevin anım günü dərin hörmət və ehtiramla yad edirik. Onun Vətənə və xalqa göstərdiyi xidmətlər daim minnətdarlıqla xatırlanır.

1960-cı il 10 iyunda Tərtər rayonunda anadan olan Rasim Musayev əsli Göyçə mahalının Kiçik Məzrə kəndindəndir. O, uzun illər Daxili İşlər Orqanlarında fəaliyyət göstərərək, cinayətkarlığa qarşı mübarizədə peşəkarlığı, prinsipiallığı və yüksək insani keyfiyyətləri ilə seçilmişdir.

Mərhum general-mayor müxtəlif illərdə məsul vəzifələrdə çalışmışdır:

Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini,

DİN İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi,

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi,

2005–2007-ci illərdə Cəlilabad RPŞ-nin rəisi,

2007–2013-cü illərdə Gəncə Şəhər Polis İdarəsinin rəisi,

2013-cü ildən isə DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə Rasim Musayevə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Peşəkar fəaliyyəti ilə yanaşı, mərhum general insanlara göstərdiyi diqqət və qayğı, mərhəməti və nəcib əməlləri ilə də yaddaşlarda dərin iz qoymuşdur. Onun həyat yolu Azərbaycan polisinin fədakar xidmət nümunələrindən biri kimi daim hörmətlə anılacaq.

General Rasim Musayev 2015-ci il sentyabrın 3-də dünyasını dəyişmişdir. Ailəli idi, üç övladı – İslam, Firuzə və Lalə yadigar qalmışdır.

Onun əziz xatirəsi xalqımızın yaddaşında və qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Hörmətlə, Vaqif Məhəmməd oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button