İdman

“Qarabağ” Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək

“Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Azərbaycan çempionu Şimali Makedoniyada yerli “Şkendiya” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button