Cəmiyyət

2 fevral – “Gənclər günü” münasibətilə Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Göyçay rayon komitəsinin sədri Talehə Cəfərova təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Bu tədbirə Mərkəzi Aran Regional Təhsil İdarəsi -nin Göyçay Rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədov, gənc müəllimlər və məktəb direktorları dəvət almışdır. Tədbir ümummilli lider Heydər Əliyevin 2 fevral 1997-ci il sərəncamı ilə Respublikada Gənclər günü kimi qeyd olunmasından, onun apardığı gənclər siyasətini davam etdirən Cənab prezident İlham Əliyevin bəhs edən sözlərilə açıq elan edildi. Hal – hazırda ölkədə gənclərə göstərilən diqqətin yüksək səviyyədə olduğundan bəhs edildi.
Tədbir yüksək səviyyədə təşkil edilmişdir. Təhsil işçiləri ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.
Sonda fəal gənc müəllimlər və rayonun seçilən məktəb direktorları fəxri fərman və hədiyyələrlə təltif olundu.Məktəbimizin direktoru Aynur Mahmudova da onların sırasındadır. Aynur müəllimi təbrik edir uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button