Cəmiyyət

May ayında KTM-ə zəhərlənmə şikayəti ilə qəbul olunanlardan beş nəfəri dünyasını dəyişib

May ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.

Bu barədə Oxu.Az-a KTM-dən məlumat verilib.

Qeyd olunub ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, doqquzu etanoldan, üçü dəm qazından zəhərlənib.

Həmçinin, altı nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, bir nəfər göbələk, dörd nəfər anafilaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (üç nəfər kişi cinsli, iki nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button