“50 milyonluq uca millətimizin qürur mənbəyi və xilaskarı” – DEPUTAT

Zati-aliləri, Möhtərəm cənab Prezident!
Sizi, 50 milyonluq uca millətimizin qürur mənbəyi və xilaskarı, dövlətimizin suverenliyini və ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə təmin edən, xalqımızın rifahı naminə yorulmadan çalışan, Azərbaycan adını beynəlxalq müstəvidə ucaldan və onu regionun lider dövlətinə yüksəldən müdrik rəhbəri, doğum gününüz münasibətilə böyük məmnuniyyətlə və səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni zirvələr, ailə səadəti və daim uğurlar diləyirəm.

Möhtərəm Cənab Prezident,
Siz müdrik liderliyiniz, güclü siyasi iradəniz və uzaqgörən dövlətçilik təfəkkürünüzlə Azərbaycanın müasir tarixini yenidən yazan və xalqımızın taleyində dönüş yaradan tarixi nailiyyətlərə imza atmısınız. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün güclü, qalib və ciddi söz sahibi olan bir dövlət kimi dünya siyasi xəritəsində öz layiqli yerini tutmuşdur.
Qoy, Uca Yaradan Sizi daim öz lütfündə və pənahında saxlasın, Vətənimiz və xalqımız naminə həyata keçirdiyiniz bütün ali niyyətlərdə yolunuzu açıq etsin. Amin!
Doğum gününüz mübarək, Möhtərəm Cənab Prezident!
Dərin hörmət və ehtiramla, Günay Ağamalı
Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini