Xəbərlər

Bakıda yaşayan qazi Ceyhun Ağayevdən Bərdə Rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənova təşəkkür

Bakıda yaşayan qazi Ceyhun Ağayev, Bərdə Rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov haqqında öz sosial şəbəkə hesabında təşəkkür videosu paylaşıb.

Videoda Ceyhun Ağayev göstərilən diqqət və qayğıya görə Bərdə Rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov cənablarına minnətdarlığını ifadə edib. O, Bərdə rayon polis şöbəsinin qazilərə və şəhid ailələrinə olan həssas münasibətini yüksək qiymətləndirərək, xüsusilə Ənvər Həsənovun səmimi, qayğıkeş davranışını və daima dəstək göstərməsini vurğulayıb.

Belə təşəbbüslər polis və vətəndaş arasındakı etimadın və həmrəyliyin nümunəsi olmaqla, qazilərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button