Gündəm

Bu təltif Möhtərəm Cənab Prezidentimiz tərəfindən sizin əməyinizin, fədakarlığınızın və Vətənə bağlılığınızın yüksək qiymətləndirilməsidir.

Hörmətli Hicran xanım Hüseynova!

Sizi, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli, fədakar və nümunəvi fəaliyyətinizə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirəm.

Bu yüksək dövlət mükafatı Sizin timsalınızda Azərbaycan qadınının elm, siyasət, ictimai və dövlət idarəçiliyindəki nümunəvi rolunun təsdiqidir. Sizin zəngin həyat yolunuz, prinsipial mövqeyiniz, milli maraqlara sadiqliyiniz, qadınların hüquqlarının müdafiəsi, gənclərin inkişafı, ailə institutunun möhkəmləndirilməsi və uşaqların müdafiəsi sahəsində gördüyünüz mühüm işlər xalqımız tərəfindən hər zaman yüksək dəyərləndirilir.

Bu təltif Möhtərəm Cənab Prezidentimiz tərəfindən sizin əməyinizin, fədakarlığınızın və Vətənə bağlılığınızın yüksək qiymətləndirilməsidir.

Dəyərli Hicran xanım, Sizə möhkəm cansağlığı, yeni uğurlar və gələcək fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirəm.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

12 Avqust 2025-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button