Xəbərlər

Paşinyan: “Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur”

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvanın Ankara ilə barışmaqdan başqa alternativi yoxdur.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, N. Paşinyan bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, hansı alternativlər var?”, – deyə N.Paşinyan soruşub.

N.Paşinyan, həmçinin İrəvan-Ankara münasibətlərinin normallaşmasından narazı olan Ermənistan vətəndaşlarının nəyə ümid etdikləri ilə maraqlanıb.

“Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Biz ümumiyyətlə, nə danışdığımızı başa düşürük?”, – deyə N.Paşinyan ritorik sual verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button