AKADEMİK ZƏRİFƏ ƏLİYEVA FENOMENİ

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü tamam olur.Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır.Ulu Öndər Heydər Əliyevin əqidə vəömür-gün yoldaşı, Cənab Prezident İlham Əliyevin və Sevil Əliyevanın əziz anasıZərifə Əliyevadünya tibb elminə əvəzolunmaz töhfələr vermişdir. Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü xalqının və vətəninin gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmışdır. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.Zərifə xanımın ilk tədqiqatının mövzusunu yaşadığı dövr özü diktə etmişdi. Onun elmi-tədqiqat işi traxomanın müalicəsi ilə bağlı bir sıra məsələlərə, daha dəqiq desək, traxomanın və onun fəsadlarının müalicəsində o zamanlar yeni antibiotikin – sintomisinin effektiv istifadə imkanlarının öyrənilməsinə həsr olunmuşdu, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Ümummilli LiderHeydər Əliyev həyat yoldaşı Zərifə xanım Əliyeva haqqında deyirdi :
:“Mənim həyatım boyu ən böyük dəstəyim Zərifə xanım olub. O, həm gözəl ana, həm sədaqətli həyat yoldaşı, həm də böyük alim idi. Mən öz uğurlarımın çoxunu onun dəstəyinə borcluyam.”“Zərifə Əliyeva təkcə mənim həyatımda deyil, Azərbaycan tibb elminin tarixində də əvəzolunmaz yer tutub. O, öz zəkası, savadı, insanlara olan münasibəti ilə həmişə seçilirdi.”“O, ailəmizə sədaqətlə qulluq edirdi. Həmişə mənim çətin və məsuliyyətli işimdə mənə arxa olmuşdur. Övladlarımıza yüksək tərbiyə vermiş, ailəmizdə isti, mehriban bir mühit yaratmışdır”.
Prezident İlham Əliyev əziz anası Zərifə xanım haqqında deyirdi ki, “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq — insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq — insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir.” “Zərifə xanım, sözün əsl mənasında, həkim, böyük alim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir”.
Sevil Əliyeva əziz anası Zərifə Əliyeva haqqında hər zaman dərin sevgi, ehtiram və böyük həsrətlə danışıb. “Zərifə Əliyeva, yalnız ailəsi üçün deyil, həm də Azərbaycan cəmiyyəti üçün böyük bir nümunə olmuşdur. Onun elmi fəaliyyəti, insanlara olan münasibəti və ailəsinə verdiyi dəyərlər, övladlarının həyatında və fəaliyyətində öz əksini tapmışdır”.
Xalqımız akademik Zərifə Əliyevanın işıqlı obrazını öz yaddaşına həkk etməklə, parlaq xatirəsini həmişə ehtiramla anır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Gülöyşə Azadqızı