“PKK terror təşkilatı və onları dəstəkləyən xarici qüvvələr Türk dövlətinin gücünü lazımı səviyyədə hiss edəcək” – DEPUTAT

Xəbər verdiyimiz kimi Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, 22 nəfər yaralanıb.Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki,Türkiyənin Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye şirkətini hədəfə alan xain terrorçuların hücumu nəticəsində insanların həyatını itirməsi və yaralanması hər birimizi dərindən sarsıtdı.:”Hadisə nəticəsində həlak olanların ailələrinə və ürəyi Türkiyə ilə döyünən hər kəsə dərin hüznlə başsağlığı veririk. Qardaş Türkiyənin güclənməsini, xüsusilə hərbi sənaye kompleksinin sürətli inkişafını gözü götürməyən qüvvələr bu kimi məkirli planları həyata keçirməklə öz çirkin məqsədlərinə nail olmaq istəyirlər. Ancaq onların unutduqları bir məqam var ki, qədim dövlətçilik ənənələri ilə seçilən Türkiyə Cümhuriyyəti bütün anti-Türkiyə planlarından daha böyük və üstündür. Heç şübhəsiz ki, qəhraman türk əsgəri yaxın günlərdə terror aktının qisasını misilləmə ilə alacaq və PKK terror təşkilatı, onları dəstəkləyən xarici qüvvələr Türk dövlətinin əzici gücünü lazımı səviyyədə hiss edəcəkdir. Bu çətin gündə hər birimiz Türkiyənin yanındayıq. Başın sağ olsun, Türkiyəm!”