Gündəm

“Günay Ağamalı: İncəsənətimiz dövlət qayğısı sayəsində yeni mərhələyə yüksəlib”

Noyabrın 11-də deputat həmkarım, Əməkdar rəssam Ülviyyə Həmzəyevanın dəvəti ilə Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Karvan Art Qrupun növbəti layihəsi, “Fobiya/Phobia” adlı sərginin təqdimatında iştirak etdim.

Bu sərgi insan ruhunun ən incə qatlarına toxunur, qorxunun real və ya şüuraltının yaratdığı xəyali hisslərini sənət dili ilə ifadəsini təqdim edir. Sözügedən sərgi insan psixologiyasına, duyğulara bədii baxışdır.

Ölkəmizin mədəniyyət sahəsində bu cür dərin məzmunlu layihələrin ərsəyə gəlməsi, əlbəttə, ölkəmizdə incəsənətə, yaradıcılığa və mənəvi dəyərlərə göstərilən dövlət qayğısının nəticəsidir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafına, yaradıcı insanlara, rəssamlara olan diqqəti sayəsində incəsənət həm ideya, həm də estetik baxımdan yeni mərhələyə yüksəlib.

Sərgidə əsərləri nümayiş olunan bütün rəssamları səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button