Bərdə Rayon Rəhbərinin Səyyar Qəbul-Görüşü Hacıəhmədli Kəndində Keçirilib.

QərbiAzərbaycanaz.tv xəbər verir ki, keçirilən səyyar qəbul-görüşündə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, həmçinin kənd sakinləri iştirak ediblər.
Görüş zamanı rayon rəhbəri Vidadi İsayev ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikada həyata keçirilən sosial-iqtisadi islahatların, əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş layihələrin bütün yaşayış məntəqələrini əhatə etdiyini vurğulayıb. O, Hacıəhmədli kəndində görülən abadlıq-quruculuq işləri və icra olunan layihələr barədə sakinlərə ətraflı məlumat verib.
Daha sonra kənd sakinlərinin müraciətləri, təklif və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib, vətəndaş məmnunluğunun təmin olunmasının daim diqqət mərkəzində olduğu qeyd edilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Bu cür səyyar qəbul-görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşların dövlət orqanları ilə birbaşa ünsiyyətini təmin etmək və onların gündəlik problemlərinin operativ həllinə nail olmaqdır.