İqtisadiyyat

Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli üçün hər şey hazırdır 

İran Rusiya qazının Azərbaycan vasitəsilə nəqlinin tezliklə başlayacağına ümid edir.

Musavat.com xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS-a deyib.

Onun sözlərinə görə, “praktiki olaraq bütün məsələlər artıq həll olunub” və indiki mərhələdə yanacağın qiymətləri ilə bağlı “Qazprom”la dil tapmaq lazımdır:

“Əgər bu məsələ həll olunarsa, o zaman hər şey qaydasına düşəcək”.

2023-cü ilin iyununda İranın neft naziri Cavad Ouci ölkənin cənubunda Rusiya, Türkmənistan və Qətərlə birgə qaz qovşağı yaratmaq planlarını açıqlayıb. Həmin vaxt o, artıq hazırlıq işlərinə başlanıldığını iddia edirdi.

Bu ilin yanvarında Rusiya və İran Azərbaycan ərazisindən ildə 2 milyard kubmetr ötürmə qabiliyyətinə malik qaz kəməri marşrutu haqqında razılığa gəliblər. Vladimir Putinin İran prezidenti Məsud Pezeşkianla danışıqların yekunlarına dair verdiyi məlumata görə, tədarük hər il 55 milyard kubmetrə qədər artırıla bilər.

Rusiyanın energetika naziri Sergey Tsivilev isə bildirib ki, Azərbaycandan keçməklə mövcud infrastruktur vasitəsilə ilk Rusiya qazının İrana tədarükü 2025-ci ildə başlayacaq.

Rusiya ilə Azərbaycanı birxətli Mozdok-Mahaçqala-Hacıqabul qaz kəməri birləşdirir. Əvvəllər bu kəmər Azərbaycan qazını Rusiyaya nəql edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button