Xəbərlər

“Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin milli ruhda böyütdüyü gələcək”

Salam əziz izləyicilərimiz.  Bu gün sizə Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbindən söhbət açmaq qərarına gəldim. Əvvəla onu vurğulamaq istərdim ki, məktəb 1990-cı ildən fəaliyyət göstərir və dahi bəstəkar Bülbülün adını daşıyır. Onu da qeyd edim ki, mədəniyyətimizin bucür sahiblənərək və gözəl şəkildə təbliğ olunmasına qürur hissi ilə yanaşıram. Apardığım araşdırmalar qədəriylə onu deyə bilərəm ki, Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində çalışanlar Lalə müəllimə başda olmaqla mədəniyyətimizin təbliğatını çox gözəl şəkildə aparırlar və övladlarımızın gələcəyinə yüksək tövhələr verirlər. Valideyinlərlə həmsöhbət olduğum zaman övladlarının dərslərindən razı olduqlarını, vətənpərvər, mədəni, tərbiyəli böyüdüklərini və bunun üçün başda Lalə Əliyeva olmaqla bütün kollektivə minnətdar olduqlarını dilə gətirdilər. Lalə Əliyeva həmçinin Şəhid ailələrinə baş çəkməyi və onlara qayğı ilə yanaşmağı da əsirgəmir. Mingəçevir şəhərində demək olar ki, hər ay tədbirlərlə, seminarlarla, şəhərin abadlaşmasında və təmizliyinə olan diqqəti ilə yadda qalan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinə dərin qəlbdən uğurlar arzulayır və bunun daimi olacağına inanırıq. Məndə öz adıma Lalə Əliyevaya və kollektivinə minnətdarlığımı bildirmək istəyirəm ki, övladlarımızın bucür mədəni və milli ruhda böyüməsində öz səylərini əsirgəmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button