Mədəniyyət

Rasim Balayev vəfat etdi

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

Musavat.com Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindın və yüksək şəkərdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button