Siyasət

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı.

28 may 1918-ci il xalqınızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir gündür.Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu.

Bununla da,Şərqdə ilk dəfə azad,demokratik,dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan  edildi.Müsəlman Şərqındə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin cox əsrlik sosial-iqtisadi,ictimai-siyası və  mədəni inkişafının məntiqi nəticəsi kimi meydana çixib.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin,intellektual və mədəni potensialının,yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

Müstəqil,azad,demokratik respublika qurmaq məqsədini qarşıya qoyan, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı,onun öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.Prezident İlham Əliyevin sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldilması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və ehtiramın ifadəsidir.1991-ci il oktyabrın 18-də,Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. Konustutusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal  Bəyannaməsinə istinad olunmuş və Azərbaycan respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.1993-cü ildə dövlətin,xalqın ən çətin günlərində hakimiyyətə qayıdan Ümummilli Lider H.Əliyev qısa zamanda  düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanda sabitliyi,xalqımızın təhlükəsizlik şəraitində,rifah içində yaşayışını təmin etdi.Azərbaycanda vətəndaş birliyi,həmrəyliyi möhkəmləndi.

Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin,  milli ruhun hədsiz yüksəlməsi,  milli özünüdərkin inkişafı,  xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.

Son 21 ilə yaxın dövrdə qazanılan uğurların zirvəsində ərazi bütövlüyümüzün təmin olunması dayanır.Bu,Heydər Əliyev siyasətinin təntənəsidir.

    44 günlük İkincı Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsi 106 ilin zirvəsindən baxanda qazandığımız uğurların ümumiləşdirilmiş ifadəsi kimi qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün Qarabağda,Şərqi Zəngəzurda dalğalanır.Hər bir səfərdə gələcəklə bağlı hədəfləri açıqlayan dövlət  başçısı İlham Əliyev bu məkanlardan beləbir reallığıda diqqətə çatdırır ki, biz tam müstəqilik,heç kimdən aslı deyilik,öz həyatımızı özümüz qururuq.Təbii ki,bu fikirlər 106 illik yolun təqdimatı və təstiqi kimi dəyərləndirilir.

Azərbaycan bundan sonra da siyasəti ilə bir-birindən əhəmiyyətli uğurlara imza atacaq.

Abış Hacıyev, YAP Bərdə rayon təşkilatı fəalı, Xanqaraqoyunlu kənd tam orta məktəbin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button