Cəmiyyət

Bərdədə Müalicə Diaqnostika Mərkəzində “Zərərli vərdişlər və onların yaratdığı fəsadlar” mövzusunda tədbir keçirilmişdir

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə Müalicə Diaqnostika Mərkəzində “Zərərli vərdişlər və onların yaratdığı fəsadlar” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşı Elnarə Əfəndiyevanın mövzu ilə bağlı geniş məruzəsi dinlənilib. O, çıxışında gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyini vurğulayıb.
Sonra komissiyanın sədri Səfurə Hümbətova və MRX Publik Hüquqi Şəxsin əməkdaşı həkim-psixoloq Nazpəri Məmmədova, tibb bacıları Nigar Səfərova, Rəqsanə Sərvərli çıxış edərək keçirilən maarifləndirici tədbirin vacibliyi ilə bağlı fikirlərini bildiriblər. Zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti xüsusi ilə qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button