Xəbərlər

İranda qripdən ölənlərin sayı artır

İranda qripdən ölənlərin sayı artır.

Oxu.Az “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Yəzd Tibb Elmləri Universitetinin prorektoru Məsud Şərifi açıqlama verib.

O qeyd edib ki, ilin əvvəlindən bəri Yəzd əyalətində 1118 təsdiqlənmiş qripə yoluxma faktı qeydə alınıb və 13 nəfər xəstəlikdən ölüb. Onların əksəriyyəti yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslərdir.

Şərifinin sözlərinə görə, ölüm faktlarının altısı yayın əvvəlində, yeddisi isə son həftələrdə qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button