
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Terapevtik xidmət şöbələrinin və Yeni doğulmuşların intensiv terapiya bölməsinin 2025-ci ilin fəaliyyətinə dair yekun hesabatı təqdim olunub.İclasda tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, müavinlər, aidiyyəti üzrə şöbə, bölmə müdirləri, müxtəlif ixtisasdan olan həkimlər və baş tibb bacıları iştirak ediblər. İclas zamanı 2025-ci il ərzində şöbə və bölmələrinin fəaliyyəti, göstərilən tibbi xidmətlərin keyfiyyəti, əhaliyə göstərilən xidmətlərin əlçatanlığı və əldə olunan əsas göstəricilər üzrə hesabatlar dinlənilib.Eyni zamanda mövcud problemlər, onların həlli yolları, eləcə də qarşıdakı dövr üçün prioritet istiqamətlər və fəaliyyət planları müzakirə olunub.İclasın sonunda şöbə və bölmələrin işinin daha da təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və koordinasiyanın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.#BərdəRayonMərkəziXəstəxanası



















